AZ

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib

ain.az bildirir, Apa.az portalına istinadən.

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “X”də bildirib.

Onun sözlərinə görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunur.

“Bu görüşün digər mühüm cəhəti də bu formatda ilk dəfə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakıdır ki, bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”, - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
13
apa.az

10Mənbələr