AZ

Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstanaümumilikdə 519,6 milyon ABŞ dolları dəyərində 1,4 milyard kubmetrtəbii qaz ixrac olunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə, dəyərifadəsində bu göstərici 94,2 milyon ABŞ dolları, yəni 21,3% artıb,həcm baxımından isə 71,3 milyon kubmetr, yəni 5,3% artım müşahidəolunub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabraylarında Azərbaycandan Bolqarıstana 1,3 milyard kubmetr təbii qazixrac olunub və bu ixracın ümumi dəyəri 425,4 milyon ABŞ dollarıtəşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarındaAzərbaycandan xaricə 6,7 milyard ABŞ dolları dəyərində 18,5 milyardkubmetr təbii qaz ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrüilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları, yəni10,3% artıb, həcm baxımından isə 203,2 milyon kubmetr, yəni 1,1%azalıb.

Məqalədə:
Seçilən
43
6
az.trend.az

7Mənbələr