BAKI, 14 noyabr. TELEQRAF
"Avropada Üçüncü Dünya Müharibəsinin real təhlükəsi mövcuddur və mənbəyi Rusiya-Ukrayna münaqişəsidir".
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.
"Digər ölkələr dərhal müharibənin dayandırılması üçün səylər göstərməlidir. Mən hesab edirəm ki, Avropada müharibə təhlükəsi var. Avropa müharibənin kənarındadır", - o qeyd edib.