AZ

Yaponiya ABŞ ın nüvə silahlarını ərazisində yerləşdirə bilər...

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Ölkənin baş naziri İkinci Dünya Müharibəsindən bəri qüvvədə olan üç prinsipin yenidən nəzərdən keçirilməsini təklif etdi...

...Yaponiya Amerika nüvə silahlarının ölkədə yerləşdirilməsi imkanını nəzərdən keçirir. Bu, Yaponiyanın İkinci Dünya Müharibəsindən bəri qüvvədə olan üç qeyri-nüvə prinsipinin yenidən nəzərdən keçirilməsini tələb edəcək.

SİA xəbər verir ki, bu barədə "Mainichi" qəzeti Yaponiyanın Baş naziri Takaiçi Sanaeyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, o, Yaponiyanın üç uzunmüddətli "qeyri-nüvə prinsipi" - "nüvə silahına sahib olmamaq", "istehsal etməmək" və "yerləşdirməmək" ətrafında müzakirələrin başlanmasını dəstəkləyir.

Qəzetin məlumatına görə, baş nazir Amerika strateji nüvə silahlarının Yaponiya bazalarında yerləşdirilməsinə icazə vermək üçün bu prinsiplərin yenidən nəzərdən keçirilməsini təklif edir.

Belə bir addım Yaponiyada İkinci Dünya Müharibəsindən bəri mövcud olan pasifist nüvə siyasətindən tarixi bir sapma olardı.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sia.az

2Mənbələr