"Napoli"nin prezidenti Aurelio De Laurentis FIFA və UEFA-nı tənqid edib.

Offsideplus.az "Football Italia"ya istinadən xəbər verir ki, prezident futbolçuların yığmaların heyətində aldıqları zədələrlə bağlı danışıb:

"Biz oyunçulara maaş veririk. Buna görə də futbolçuların milliyə gedib-getməməsi barədə klublar qərar verməlidir. Əgər futbolçu millinin heyətində zədələnirsə, onun klubuna dəyən zərər ödənilməli və ya əlavə transferə icazə verilməlidir. Sanki FIFA və UEFA milli çempionatları vecinə almır".

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə qarşılaşacaq. Matç noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da başlayacaq.