AZ

Bolqarıstan Azərbaycandan qaz idxalını artırıb

ain.az bildirir, Azpost portalına istinadən.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana ümumilikdə 519,6 milyon ABŞ dolları dəyərində 1,4 milyard kubmetr təbii qaz ixrac olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər ifadəsində bu göstərici 94,2 milyon ABŞ dolları, yəni 21,3% artıb, həcm baxımından isə 71,3 milyon kubmetr, yəni 5,3% artım müşahidə olunub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana 1,3 milyard kubmetr təbii qaz ixrac olunub və bu ixracın ümumi dəyəri 425,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 6,7 milyard ABŞ dolları dəyərində 18,5 milyard kubmetr təbii qaz ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları, yəni 10,3% artıb, həcm baxımından isə 203,2 milyon kubmetr, yəni 1,1% azalıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
6
azpost.info

7Mənbələr