AZ

Fransa yığmasının müdafiəçisi: "Azərbaycan millisi bizi təəccübləndirdi"

"Azərbaycan millisi bizi təəccübləndirdi". Ajans.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Fransa yığma komandaları arasında oyundan əvvəl mətbuat konfrasında Fransa millisinin müdafiəçisi İbrahima Konate deyib. O, bildirib ki, sabah oyundan zövq almağa çalışacaqlar: "İlk oyunda Azərbaycan yığması bizi təəccübləndirmişdi. İlk oynumuzda Azərbaycana qol vurmaqda çox çətinlik yaşadıq. Azərbaycan millisi o oyunda öz keyfiyyətini göstərdi. Bilirik ki, onlar sabahkı oyunda da bizə çətinlik yaşadacaqlar. Bəlkə də bu fikirlərimə görə məni tənqid edəcəksiniz. Sabah nə olur olsun, artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin etmişik. Ona görə də sabahkı oyundan zövq almağa çalışacayıq".

Qeyd edək ki, matç noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
115
Ajans.az

1Mənbələr