AZ

Böyük Britaniya qaçqınlara yalnız müvəqqəti status verməyə hazırlaşır

Azertag saytına istinadən ain.az xəbər verir.

London, 15 noyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti sığınacaq alan şəxslərə yalnız müvəqqəti qalma icazəsi verilməsi ilə bağlı əsaslı siyasət dəyişikliyi etməyə hazırlaşır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, daxili işlər naziri Şabana Mahmudun bazarertəsi açıqlayacağı qərarla ölkədə qaçqınlara verilən daimi qorunma dövrünün başa çatdığı bildiriləcək. Məqsəd sığınacaq müraciətlərinin və kiçik qayıqlarla qanunsuz keçidlərin sayını azaltmaqdır. Yeni plana əsasən, sığınacaq alan şəxslərin statusu mütəmadi olaraq yenidən qiymətləndiriləcək və onların vətənlərində təhlükəsizlik vəziyyəti yaxşılaşdığı halda geri qaytarılmaları nəzərdə tutulur.

Hazırda Böyük Britaniyada qaçqın statusu beş il qüvvədə qalır və bundan sonra həmin şəxslər ölkədə daimi yaşamaq üçün müraciət edə və vətəndaşlıq ala bilərlər. Ukraynadan müharibədən qaçanlar üçün isə müəyyən müvəqqəti proqramlar mövcuddur. Bu proqram əvvəlcə üç il nəzərdə tutulmuşdu, lakin sonradan uzadılıb. Hökumət rəsmiləri bütün sığınacaq alanlar üçün müvəqqəti status tətbiq edilməsini əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Siyasət Danimarkadakı modelə əsaslanır. Mərkəz-sol Sosial Demokratların rəhbərlik etdiyi Danimarka hökuməti Avropanın ən sərt sığınacaq və miqrasiya qaydalarından birini tətbiq edir. Orada qaçqınlara adətən iki il müddətinə müvəqqəti yaşayış icazəsi verilir və müddət başa çatdıqda yenidən faktiki olaraq sığınacaq üçün müraciət etməli olurlar. Həmçinin Danimarkada icazələrin avtomatik uzadılması ilə bağlı əvvəlki presedent də ləğv edilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
3
azertag.az

4Mənbələr