AZ

73 yaşlı Bülent Ersoy həmin VİDEOYA görə yayılan iddialara son qoydu

Türk müğənni Bülent Ersoy sosial şəbəkələrdə sürətlə yayılan bir video ilə diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, 73 yaşlı Ersoy bu dəfə restoranda yemək yediyi anların qeydə alınması ilə gündəmə gəlib.

Görüntülərin paylaşılması ilə müğənninin qarşısında oturan şəxsin onun sevgilisi olduğu iddia edilib.

BULEN.jpg

“Gel konuşalım” proqramına zəng edən Bülent Ersoy yayılan xəbərlərdən narahat olduğunu bildirərək deyib:

“Mənim həyatım niyə bu qədər maraq doğurur? Həyatımda heç kim yoxdur”.

Musavat.com

Seçilən
93
musavat.com

1Mənbələr