AZ

“Azərbaycan bizi ilk oyunda çətin vəziyyətdə qoymuşdu”

Fransa millisinin müdafiəçisi İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu qarşılaşmanın çətin keçəcəyini bildirib:

“Sabah bizi çətin oyun gözləyə bilər. Oyundan həzz almaq və ölkəmizə xalla qayıtmaq istəyirik. Azərbaycan millisi ilk görüşdə bizi təəccübləndirdi. Səmimi desəm, birinci matçda çətinlik çəkdik. Amma Bakıda da öz hədəflərimiz var və bunun üçün mübarizə aparacağıq. Heyətlə bağlı son qərarı isə baş məşqçimiz verəcək”.

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da start götürəcək.

Seçilən
74
3
90deqiqe.az

10Mənbələr