AZ

Ceyhun Bayramovun da qatıldığı Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə müzakirə olunan məsələlər bilinib - FOTO

Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə regional inteqrasiya və ortaq gündəm müzakirə olunub.


APA xəbər verir ki, bunu Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov bildirib.


Onun sözlərinə görə, Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan həmkarları ilə məhsuldar görüş keçirilib.


Nazirin sözlərinə görə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və region ölkələrinin ümumi rifahının artırılması üçün mövcud imkanlar görüşdə ətraflı müzakirə olunub.


Baxtiyor Saidov qeyd edib ki, danışıqlar zamanı sammitin gündəliyinin layihəsi, qəbul ediləcək qərarlar və Mərkəzi Asiyada inteqrasiyanın gələcək konturlarını müəyyənləşdirəcək yekun sənədlər diqqət mərkəzində olub.


O vurğulayıb ki, regional inteqrasiya, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq problemlərin birgə həlli istiqamətində ölkələr arasında vahid yanaşma mövcuddur.

Ceyhun Ceyhun Ceyhun
Seçilən
47
7
apa.az

8Mənbələr