AZ

Elvin Bədəlov: “Nəticə qazana biləcəyimizə ümid edirəm”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransa yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, müdafiəçi əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Tsiklda son oyunumuzdur. Güclü rəqibə qarşı oynayacağıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə yaxşı mübarizə aparacağıq. Nəticə qazana biləcəyimizə ümid edirəm.

– Mbappenin yoxluğu oyuna marağı azaldır, ya necə?

– İnanmıram ki, maraq azalır. Bildiyimə görə, stadion dolacaq. Mbappe olmasa da, rəqibdə ulduz oyunçular çoxdur. Onsuz daha çətin olacaq. Çünki komanda olaraq onlar daha ciddi olacaqlar. Yaxşı mübarizə apara bilərik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
futbolpress.az

1Mənbələr