AZ

Rusiyada abortları dayandırmaq üçün keşişlər SƏFƏRBƏR EDİLDİ

Rusiyanın Saratov şəhərində keşişlərin qadın məsləhətxanalarında işləməsi planlaşdırılır.

Musavat.com RBK.ru-ya istinadən xəbər verir ki, bu barədə Saratov və Volsk metropoliti İqnatinin sərəncamında bildirilir.

Məlumata görə, pravoslav keşişlər 19 tibb müəssisəsində, qadın məsləhətxanaları və perinatal mərkəzlərdə xidmət göstərəcəklər. 

Onların əsas vəzifəsi qadınları abortdan çəkindirmək olacaq.

"Vesriya Saratov" xəbər verir ki, metropolit İqnati oktyabrın sonunda demoqrafiya mövzusunda Saratov Regional Dumasında keçirilən iclasda bölgənin səhiyyə naziri Vladimir Dudakova qadın məsləhətxanalarına keşişlərin təyin olunmasını təklif edib. Bundan əlavə, agentliyin məlumatına görə, metropolit bölgədə bir qadın məsləhətxanasının qarşısına hələ doğulmamış uşaqların xatirəsinə abidə qoymağı və onun üçün xeyriyyəçilər tapmağı vəd edib.

Musavat.com 

Seçilən
53
2
musavat.com

3Mənbələr