AZ

Yeni Zelandiyalı turist Əfqanıstanda səyahət edərkən İslamı qəbul etdi...

...Yeni Zelandiyalı turist Əfqanıstanda səyahət edərkən İslamı qəbul edib.

SİA-nın məlumatına görə, bu barədə Pajhwok Afghan News xəbər verir.

63 yaşlı David, Məhəmməd Peyğəmbərə məxsus olduğu deyilən bir örtüyün saxlanıldığı Qəndəhardakı məscidi ziyarət etdikdən sonra dinini dəyişmək qərarına gəlib.

Bu örtüyü 1769-cu ildə Buxara hökmdarı Murad Bəy Əfqanıstan hökmdarı Əmir Əhməd Şah Durraniyə ittifaqlarını möhkəmləndirmək üçün hədiyyə edib.

Son 250 ildir ki, bu yadigar eyni ailənin üzvləri tərəfindən qorunub saxlanılır.

Müsəlman olduqdan sonra yeni zelandiyalı Əzəm Davud adını götürüb.

...Yeri gəlmişkən, Tourprom-un məlumatına görə, xəbərdarlıqlara baxmayaraq, Əfqanıstana turist axını durmadan artır. 2021-ci ildə ölkəyə 700-dən az turist gəlsə də, yerli hakimiyyət orqanlarının məlumatına görə, bu rəqəm 2024-cü ildə 9000-i keçib.

İnsanlar uzun müddətdir səyahətçilər üçün əlçatmaz olan unikal bir ölkəni yaşamaq, onun qədim mədəniyyətini, ənənəvi həyat tərzini kəşf etmək və yerli təbiətin gözəlliyindən zövq almaq istəyirlər.

Nazlı Almuradova

Seçilən
13
sia.az

1Mənbələr