AZ

Tramp London merini cinayətkarlığın artmasında günahlandırdı » AzadMedia.az


ABŞ Prezidenti Donald Tramp bildirib ki, London meri Sadiq Xanın siyasəti Britaniya paytaxtında kriminal vəziyyətin pisləşməsinə səbəb olub. Bu barədə TASS məlumat verir.

Britaniyanın GB News telekanalına verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp London meri Sadiq Xanı tənqid edərək bildirib ki, onun hərəkətsizliyi səbəbindən şəhərdə cinayətkarlıq səviyyəsi yüksəkdir.

— Londonda cinayətkarlığa baxın. Anam Londonu sevirdi. O, həmişə bu şəhər haqqında danışırdı. Həmin London indikindən fərqlənirdi. Bu gün [orada] insanlara bıçaqla hücum edirlər və ya daha pis bir şey edirlər, deyə Amerika lideri bildirib.

Tramp həmçinin bildirib ki, 2016-cı ildən bəri mer olan Xanın rəhbərliyi şəhər üçün fəlakətə çevrilib. Amerika prezidenti Xanı "cinayətkarlığa göz yuman" kimi xarakterizə edib və əlavə edib ki, Londonda, eləcə də Parisdə polisin girməkdən qaçdığı iddia edilən ərazilər var.

Xatırladırıq ki, əvvəllər Trampın konqresmen Marjorie Taylor Green-i dəstəkləməkdən imtina etdiyi bildirilmişdi.
Seçilən
53
1
azadmedia.az

2Mənbələr