AZ

KİV: Kiyev korrupsiya qalmaqalından sonra Qərbdəki müttəfiqlərini sakitləşdirməyə çalışır

Ukraynanın yüksək vəzifəli rəsmiləri baş vermiş korrupsiya qalmaqalından sonra Qərbdəki müttəfiqlərini sakitləşdirmək üçün cəhdlərini gücləndiriblər.

APA xəbər verir ki, bu barədə Politico yazıb.

Məqalədə qeyd olunur ki, qalmaqal fonunda Kiyev hökumətdə səs-küylü istefalar və dövlət enerji şirkətlərində kadr dəyişiklikləri elan edərək “Ukraynanın daxildə effektiv qayda-qanun yarada biləcəyini” nümayiş etdirməyə çalışır.

Nəşr vurğulayır ki, korrupsiya qalmaqalı Kiyev üçün “çox əlverişsiz bir vaxtda” baş verib.

Seçilən
4
1
apa.az

2Mənbələr