AZ

Vaşinqton müraciət edənlər üçün yeni tələblər tətbiq edir...

...ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerika konsulluqlarına piylənmə, xərçəng və diabet də daxil olmaqla geniş xroniki xəstəlikləri vizanın rədd edilməsi üçün mümkün əsaslar kimi nəzərdən keçirməyi tapşırıb.

SİA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Dövlət Departamenti ərizəçilərin sağlamlıq vəziyyətinə xüsusi diqqət yetirilməli olduğunu aydınlaşdıran daxili bir memorandum göndərib. Memorandumda müəyyən xəstəliklərin potensial xərclərin yüz minlərlə dollara çatacağı bahalı müalicəyə ehtiyac yarada biləcəyi vurğulanır.

Memorandumda ürək-damar, tənəffüs və onkoloji xəstəliklər, eləcə də əqli və metabolik pozğunluqlar risk faktorları kimi göstərilir.

Qəzetin qeyd etdiyi kimi, tövsiyələrdə həmçinin konsulluq işçilərindən viza verildiyi təqdirdə ABŞ səhiyyə sisteminə potensial maliyyə yükünü müstəqil şəkildə qiymətləndirmələri tələb olunur.

Bir diplomat bildirib ki, Dövlət Departamentinin rəhbərliyi əcnəbilərin axınını azaltmaq və ya viza sistemini yavaşlatmaq üçün əlavə yollar araşdırır.

Əli Babayev

Seçilən
28
sia.az

1Mənbələr