Avropanın aparıcı klubları “Yuventus”un hücumçusu Duşan Vlahoviçə maraq göstərir.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
25 yaşlı serb futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Yanvar ayından etibarən o, digər klublarla sərbəst danışıqlar apara biləcək. Mənbənin məlumatına görə, Vlahoviçin vəziyyətini “Barselona”, “Bavariya”, “Mançester Yunayted”, “Atletiko” və “Tottenhem” izləyir.