Rusiya Prezidenti Vladimir Putin və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
AzPost bildirir ki, bu barədə Rusiya XİN məlumat verib.
Tərəflər Yaxın Şərqdəki vəziyyət, o cümlədən atəşkəs müqaviləsi və əsir mübadiləsi fonunda Qəzza zolağındakı son hadisələr, İranın nüvə proqramı ilə bağlı vəziyyət və Suriyada sabitləşmə məsələləri barədə fikir mübadiləsi aparıblar.