AZ

Rusiya və Ukrayna İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəlib

Bakı. Trend:

Ukrayna və Rusiya arasında aparılan danışıqlardan sonra tərəflərİstanbul razılaşmalarını aktivləşdirmək və 1200 ukraynalı əsiriazad etmək barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bubarədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibiRüstəm Umerov “Telegram” səhifəsində məlumat verib.

"Ukrayna Prezidentinin göstərişi ilə mən bu yaxınlarda Türkiyəvə Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşların vasitəçiliyi iləmübadilə prosesinin bərpası və əsirlərimizin azad edilməsi iləbağlı məsləhətləşmələr apardım", - deyə Umerov qeyd edib.

Danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarınıaktivləşdirmək barədə razılığa gəliblər: "Söhbət 1200 ukraynalınınazad edilməsindən gedir", - Umerov vurğulayıb.

Tezliklə texniki məsləhətləşmələr keçiriləcək. Tərəflər bütünprosedur və təşkilati məsələləri yekunlaşdırmalıdır.

"Biz əsirlikdən qayıtması planlaşdırılan ukraynalıların Yeni ilvə Milad bayramlarını evdə - ailə süfrəsində, yaxınları iləbirlikdə qeyd etmələri üçün dayanmadan çalışırıq", - deyə Umerovvurğulayıb.

Seçilən
23
9
az.trend.az

10Mənbələr