Rusiya Prezidenti Vladimir Putinlə və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki, o cümlədən Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər: "Yaxın Şərq regionunda vəziyyət, eləcə də atəşkəs və saxlanılan şəxslərin mübadiləsi barədə razılaşmanın həyata keçirilməsi kontekstində Qəzza zolağında vəziyyətin inkişafı, İranın nüvə proqramı ətrafında vəziyyət və Suriyadakı sabitləşməyə kömək məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzzadakı münaqişənin həlli üzrə birbaşa olmayan danışıqları bərpa ediblər. Qəzzada atəşkəs haqqında razılaşma oktyabrın 10-da qüvvəyə minib.
"Cebheinfo.az"