AZ

Tramp bu qadına “dəli” və "xəyanətkar" dedi

ABŞ prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü, konqresmen Marjorie Taylor Greene ilə toqquşub.

Musavat.com xəbər verir ki, o, TruthSocial sosial media platformasındakı bir sıra paylaşımlarda konqresmeni kəskin şəkildə tənqid edərək, onu "dəli" adlandırıb. Trampın sözlərinə görə, onun dəstəyi olmasa Taylor Green öz dairəsindəki növbəti seçkilərdə uduzacaq: "Cəfəngiyatçı Konqres üzvü Marjorie Taylor Greene solçuların mövqeyinə keçməklə bütün Respublikaçılar Partiyasına xəyanət etdi".

ABŞ prezidenti 2025-ci ildəki "nailiyyətlərinin" uzun bir siyahısını sadalayıb - "8 müharibəni bitirməkdən" inflyasiya ilə mübarizəyə qədər – lakin Greenin onun siyasətindən yalnız "şikayət etdiyini" vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, Greenin onun birbaşa dəstəyi olmadan yenidən seçilmək şansı yoxdur: "Mən böyük Corciya ştatından Konqres üzvü Marjorie Taylor Greenə dəstəyimi və xeyir-duamı geri götürürəm".

DW-nin məlumatına görə, Trampla Green arasındakı münaqişə ikincinin ABŞ prezidentinin xarici siyasətini, xüsusən də Ukraynadakı müharibəyə həddindən artıq diqqət yetirməsini daim tənqid etməsindən qaynaqlanıb.

Musavat.com

 

Seçilən
15
musavat.com

1Mənbələr