AZ

Konqo hökuməti ilə M23 qruplaşması arasında razılıq əldə edilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

Konqo Demokratik Respublikası hökuməti ilə M23 qruplaşması arasında sülh razılaşması ilə bağlı ilkin razılıq əldə edilib.

AZƏRTAC xəbər verir ki, görüş Qətərin paytaxtı Dohada baş tutub. İyulda rəsmi Kinşasa ilə M23 qruplaşması arasında bu şəhərdə daimi atəşkəs haqqında bəyannamə qəbul edilsə də, döyüşlərə fasilə verilməmişdi.

Razılığın imzalanması mərasimində ABŞ və Qətərin diplomatları da iştirak ediblər. 8 maddədən ibarət sənəddə rəsmi Kinşasa Ruanda qoşunlarının öz ərazisindən çıxmasını tələb edir.

Qeyd edək ki, iyunda Konqo Demokratik Respublikası və Ruanda nümayəndələri Vaşinqtonda sülh razılaşması imzalamışdılar. Noyabrın əvvəlində isə tərəflər prosesdə irəliləyiş olmadığını əsas gətirərək səyləri artırmağa qərar veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
azertag.az

2Mənbələr