AZ

KİV: Maduro ABŞ yə Venesuelanın neft ehtiyatlarının bir hissəsi üzərində nəzarət təklif edib

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft yataqlarının böyük bir hissəsi üzərində nəzarəti ABŞ-yə vermək təklifini irəli sürüb.

Moderator.az xəbər verir ki, belə bir iddianı "The New York Times" qəzeti səsləndirib.

Qeyd olunub ki, Venesuela lideri hərbi qarşıdurmadan qaçmaq üçün əvvəllər Prezident Donald Trampa ABŞ-nin faktiki olaraq ölkənin enerji ehtiyatlarının böyük bir hissəsinə nəzarəti ələ keçirməsini təklif edib. Nəşrin mənbələrinə görə, Tramp danışıqlardan imtina edib, lakin buna baxmayaraq, tərəflər bu məsələnin müzakirəsini tam dayandırmayıblar, Venesuela sahillərində aviadaşıyıcı qrupunun yerləşdirilməsi isə ABŞ administrasiyasına Maduroya qarşı əlavə təzyiq vasitəsi vermək məqsədi daşıyır.

Adı açıqlanmayan avropalı məmurun qəzetə verdiyi məlumata görə, amerikalı nümayəndələr Vaşinqtonun sadəcə olaraq gərginlik dərəcəsini artırdığını və Maduronun ölkəni tərk edəcəyinə və ya həbs olunaraq ABŞ-yə göndəriləcəyinə ümid etdiklərini bəyan edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
1
moderator.az

2Mənbələr