AZ

Meksikada gənclərlə toqquşmalarda 100 dən çox polis əməkdaşı yaralanıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Meksikanın paytaxtı Mexikonun mərkəzində keçirilən gənclərin hökumət əleyhinə yürüşü qarşıdurmalarla nəticələnib və 100-dən çox polis əməkdaşı xəsarət alıb.APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, şənbə günü bütün ölkə üzrə minlərlə insan “Z Nəsli” şüarı altında küçələrə çıxaraq, ayın əvvəlində cinayətkarlığa qarşı çıxış edən bir merin açıq şəkildə qətlə yetirilməsindən sonra artan zorakılığa etiraz edib.

Mexikoda aksiya polis ilə qarşıdurmaya çevrilib və hüquq-mühafizə orqanları gözyaşardıcı qaz tətbiq edib.

Mexiko şəhərinin ictimai təhlükəsizlik naziri Pablo Vaskez Kamacho bildirib ki, qarşıdurmalar zamanı 100 polis xəsarət alıb, onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib. Bundan əlavə, 20 mülki şəxs də yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
apa.az

5Mənbələr