AZ

ABŞ-də vəfat etmiş qohumlarla "söhbət etməyə" imkan verən tətbiq yaradılıb

ABŞ-də yaradılan "2wai" adlı tətbiqin köməyi ilə vəfat etmiş qohumlarla "söhbət etmək" mümkün olacaq.

Moderator.az bu barədə "Daily Mail" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, xidmət süni intellekt əsasında işləyir. İstifadəçilər bu texnologiya vasitəsilə həqiqi və ya uydurma şəxsiyyətin rəqəmsal avatarını yarada bilərlər. Daha sonra bu avatar real vaxt rejimində söhbət edilə bilən bir çat-bota çevrilir.

Tətbiqin reklamında hamilə qadının vəfat etmiş anasının rəqəmsal surəti ilə "söhbət etdiyi" süjet nümayiş etdirilib. Daha sonra onun uşağı da "nənəsi" ilə söhbət etməyə başlayıb.

Seçilən
35
3
moderator.az

4Mənbələr