Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin son oyununda doğma meydanda Fransa yığması ilə üz-üzə gələcək.
Görüş saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitaliys Spasennikovs yerinə yetirəcək.
VAR-da Kley Ruperti, AVAR-da isə onun həmyerlisi Kristaps Ratnieks yer alacaq.
Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə Fransa seçməsinə 0:3 hesabı ilə məğlub olmuşdu.
16 noyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 21:00, Azərbaycan - Fransa.