AZ

3I/ATLAS “Yadplanetli gəmisi” alimləri yenə ŞOKA SALDI

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Astronomlar 3I/ATLAS adlı ulduzlararası obyektin sirli şüalarını qeydə alıblar. Şüaların təbiəti hələlik izah olunmamış qalır.

Turkustan.az xəbər verir ki, hu barədə Harvard Universitetinin alimi Avi Leb öz bloqunda məlumat verib.

Alimin sözlərinə görə, 3I/ATLAS-dan müşahidə olunan şüalar obyektin fırlanması nəticəsində dağılmalı idi. Lakin 2025-ci il noyabrın 9-da F. Nibling və M. Büxner tərəfindən çəkilmiş fotoda bir milyon kilometrlik məsafəyə qədər uzanan yüksək kollimasiya olunmuş dəstələr aydın görünür.

Leb qeyd edib ki, qaz tullantılarının obyektin fırlanmasını zəiflətməsi ehtimalı azdır. Çünki qazın asimmetrik şəkildə ayrılması adətən fırlanmanı gücləndirir, zəifləmir.

Tədqiqatçının fikrincə, müşahidə olunan xüsusiyyətlər mərkəzi nüvədən atılmış fraqmentlərin buxarlanmış izi ola bilər. O, daha inandırıcı izahın şüaların istiqamətini saxlayan mühərriklərin mövcudluğu ilə bağlı olduğunu bildirib. Bu mühərriklər qlobal orientasiyanı naviqasiya məqsədləri üçün dəstəkləyir ki, bu da dolayı yolla 3I/ATLAS-ın qeyri-dünya mənşəyinə işarə edə bilər.

Alim vurğulayıb ki, hər halda periheliyə yaxın çəkilmiş görüntülər artıq 12 anomaliyadan ibarət siyahıya yeni müşahidələr əlavə edib.

Daha əvvəl Leb ehtimal etmişdi ki, obyektin qeyri-adi manevri güclü qaz şleyfinin ayrılması ilə bağlı ola bilər. Bu proses nəticəsində obyekt öz kütləsinin yarısını itirə bilərdi.

Xatırladaq ki, ulduzlararası 3I/ATLAS obyekti iyulun 1-də aşkar olunub. Sonrakı tədqiqatlar onun başqa ulduz sistemindən gələn kometa olduğunu göstərib. Komanın (nüvəni əhatə edən qaz-toz buludu) diametri təxminən 24 kilometrdir. Kompüter modelləşdirməsi onun yaşının 7.5 milyard ildən çox olduğunu ortaya qoyub. Bu, Günəşin yaşından üç milyard il çoxdur. Mütəxəssislərin fikrincə, bu, indiyədək müşahidə olunan ən qədim kometa ola bilər./publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
icma.az

3Mənbələr