BAKI, 16 noyabr. TELEQRAF
"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyonun çıxış etdiyi Braziliyanın "Flamenqo" klubu yerli çempionatda növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Felipe Luisin baş məşqçi olduğu kollektiv A Seriyasının 12-ci turunda "Sport Resifi"nin qonağı olub.
"Arena Pernambuko"da təşkil olunan matçda qonaqlar 5:1 hesablı darmadağına sevinib.
56-cı dəqiqədə meydana daxil olan Juninyo 5 dəqiqə sonra adını tabloya yazdırmağı bacarıb. Bu onun son 7 ayda ilk qoludur.
İnamlı qələbə ilə xallarının sayını 71-ə çatdıran "Flamenqo" liderliyini möhkəmlədib.
Qeyd edək ki, Olavio Juninyo yanvarda 5 milyon avro qarşılığında "Qarabağ"dan "Flamenqo"ya keçib.