AZ

Belçika XİN: “Kiyevdəki Azərbaycan səfirliyinə zərbə endirilməsindən dərin narahatlıq duyuruq”

“Belçika son həftələrdə Ukraynaya qarşı həyata keçirilən kütləvi Rusiya hücumlarını sərt və aydın şəkildə pisləyir”.

Oxu.Az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo “X” sosial media hesabında yazıb.

XİN rəhbəri vurğulayıb ki, zərbələr qəsdən mülki əhaliyə, yaşayış məhəllələrinə, xəstəxanalara, enerji infrastrukturuna və həyati əhəmiyyət daşıyan obyektlərə endirilib.

M.Prevo, həmçinin Kiyevdəki Azərbaycan səfirliyinə endirilən zərbədən narahatlığını ifadə edib. O vurğulayıb ki, diplomatik missiyaya hücum qəbuledilməzdir və beynəlxalq sistemin prinsiplərinə ziddir. Onun sözlərinə görə, Belçika Azərbaycanın və səfirlik əməkdaşlarının yanındadır.

Seçilən
12
7
editor.az

10Mənbələr