AZ

“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” Xalq artisti Nazpəri Dostəliyeva FOTO+ÖZƏL

Moderator.az saytına istinadən ain.az xəbər verir.

“Hər zaman tamaşaçıların mənə qarşı olan hörmətini, izzətini qoruyub saxlamağı bacarmışam. Heç vaxt yalnışlığıa yol verməmişəm. Mənim kamera önündə də, kamera arxasında da bir simam olub. Dondan-dona girməyi sevmirəm və bacarmıram. Əfsuslar olsun ki, bəzən sərbəstliklə tərbiyəsizliyi səhv salanlar da olur. İzləyirəm, görürəm ki, gəncdir, studiyaya gəlib, ayağını-ayağının üstünə aşırıb oturur. Sən evində, öz dostlarının arasında bu hərəkəti edə bilərsən. Bu televiziya, kamera vasitəsilə sən bütün evlərin qonağısan. Sən gələcək nəsilə nə örnək ola bilərsən?”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyeva deyib.

O daha sonra bacısı, mərhum müğənni Zeynəb Dostəliyevanı xatırlayıb:

“Bilirsiniz ki, bacım Zeynəb xanım Dostəliyevanın sənətində şəxsi həyatına görə müəyyən fasilələr olmuşdu. O efirlərə çıxmayanda, sənətlə məşğul olmayanda o ərəfədə mən İncəsənət universitetinə daxil oldum, magistrı bitirdim, universitetdə pedaqoji fəaliyyətə başladım,ondan sonra Xoreoqrafiya Akademiyasında işləməyə başladım, fəxri adlar aldım. Bacım axı gözəl oxuyurdu. Bütün bunları özündə görməyəndə çox pis olurdu. Özü ilə bacarmırdı. İtirdiyi illərə görə pis olurdu. Mənim uğurlarıma əlbəttə ki, sevinirdi. Bacım uzun müddət sənətdən uzaq qaldı. Professional səhnəyə ayaq qoyanda artıq onun üçün gec idi. Bacımın balaları mənə ana deyir. Hər zaman onların yanındayam. Ölən günümə qədər” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, hər zaman güclü görünməyə çalışıb:

“Səhnəyə çıxdığıma görə xarici görünüşümə hər kəs baxır deyir ki, “bəxtəvər xanımdır, neynir ki? Mahnı oxuyur, gedir evinə, yaxşı pul qazanır”. Amma mən heç vaxt acı həyatımı xalqla paylaşmadım. Allah var, kədər yox demişəm. Allahın səbri ilə özümü möhkəm qadın kimi saxlaya bilib, ayaqda dura bilmişəm” - deyə sənətkar bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
moderator.az

2Mənbələr