BAKI, 16 noyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində keçirilən UFC 322 turnirində insident baş verib.
Teleqraf xəbər verir ki, əfsanəvi döyüşçü Həbib Nurməhəmmədovun komandası əslən erməni olan Dillon Denisi döyüb.
Buna səbəb Denisin Həbib Nurməhəmmədov və İslam Mahaçev barədə davamlı təhqiredici ifadələr işlətməsi olub.
Qeyd edək ki, turnirin əsas döyüşündə İslam Mahaçev Cek Della Maddalenanı məğlub edərək yarım orta çəki dərəcəsinin kəmər sahibi olub. O, yüngül çəkinin də sabiq çempionudur.