AZ

İlham Əliyev: Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir...

Özbəkistan prezident Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında inkişaf və quruculuq yolunda inamla irəliləyir...

"Report"un Özbəkistana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

İlham Əliyev Şavkat Mirziyoyevi məsləhətləşmə görüşündə iştirak etmək üçün dəvətə və ənənəvi qonaqpərvərliyə görə təşəkkür edib.

"Qardaşım Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Böyük beynəlxalq nüfuz, səmərəli iqtisadi islahatlar, sənaye, nəqliyyat, kənd təsərrüfatı sahəsində böyükmiqyaslı layihələr Özbəkistanı regionda lider mövqelərə çıxarıb", deyə İlham Əliyev bildirib.

Poliqon.info

Seçilən
68
8
poliqon.info

10Mənbələr