AZ

İçki belə təsir edir:Dəhşətli nəticələr üzə çıxdı

Prezident İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə iştirak edir.

Bu, Azərbaycan dövlət başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edilib.

Bu, praktikada nə deməkdir?

"Cebheinfo.az" xəbər verir ki,  politoloq Elxan Şahinoğlu SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri arasında münasibətlərin hamar olmadığını bildirib:

"Sərhəd problemləri mövcud idi, bəzən bu silahlı toquşmalara səbəb olurdu. Bu gərginlik arxada qalıb. Mərkəzi Asiya ölkələri aralarındakı mübahisələri həll edərək əməkdaşlığı gücləndirməyə qərar veriblər. Bu arada, Rusiya və Çinin bölgədə təsir gücü artıb. Buna baxmayaraq, Rusiyanın siyasi, Çinin isə iqtisadi gücü Mərkəzi Asiya ölkələrini narahat etməyə başlayıb və bölgə dövlətləri Moskva və Pekindən asılılıqlarını azaltmaq üçün ABŞ və Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə, məhsullarını fərqli bazarlara çıxarmağa üstünlük veriblər. ABŞ və Avropa İttifaqının 5+1 formatında Mərkəzi Asiya ölkələri ilə artan təmasları və ortaq investisiya layihələri də bundan xəbər verir".

Bu yerdə Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyəti artıb:

"Mərkəzi Asiya ölkələri strateji məhsullarını Avropa və ABŞ bazarlarına nəql etmək üçün Orta dəhlizin davamı kimi “Tramp yolu”ndan (Zəngəzur dəhlizi) istifadə etməyi planlaşdırırlar. Bu məqsədlə Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycan Prezidenti ilə görüşləri və müzakirələri intensivləşdiriblər. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər. İlham Əliyev isə 3 il ərzində Mərkəzi Asiya ölkələrinə 13 dəfə səfər edib. 

Bu arada, Azərbaycanla Özbəkistan arasındü münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında isti münasibətlər mövcuddur. Bu, iki ölkə arasındakı münasibətlərə müsbət təsir edir. Azərbaycan Türkiyə və Özbəkistanla birgə Türk Dövlətləri Təşkilatını da gücləndirməyə çalışır". 

Seçilən
37
cebheinfo.az

1Mənbələr