AZ

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması geniş coğrafi məkanda qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək

BAKI, TurkicWorld

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı bildirib: “Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”.

Seçilən
16
18
turkic.world

10Mənbələr