AZ

Zelenski: Azərbaycandan təbii qaz almaq üçün fəal iş görürük

Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.

“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə, polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Fransa ilə birgə Ukraynanın döyüş aviasiyasını, hava hücumundan müdafiəsini və digər müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi saziş hazırlanıb.

Seçilən
10
22
publika.az

10Mənbələr