AZ

Zəngəzur dəhlizi ilə yeni imkanlar əldə edirik Hikmət Hacıyev

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zəngəzur dəhlizi ilə Naxçıvanla birləşməklə Türkiyəyə daxil olmaq və Türkiyə limanları ilə dünyaya açılmaq üçün yeni imkanlar əldə edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Zəngəzur dəhlizi bu gün qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir.

Hikmət Hacıyev qardaş Özbəkistana Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması ilə bağlı qərarın qəbul edilməsinə görə dərin təşəkkür etdiyini bildirib:

“Azərbaycanda Özbəkistanı çox sevirlər. Biz ortaq mədəniyyətimiz, dəyərlərimizlə qürur duyuruq. Hesab edirik ki, bundan sonra Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu daha da dərinləşəcək. Burada iki ölkənin lideri bizim üçün gözəl nümunə göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
7
globalinfo.az

8Mənbələr