AZ

ABŞ-də atışma: İki nəfər həlak oldu, üç nəfər yaralandı

ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinin Cənub dairəsində baş verən atışma nəticəsində uşaq da daxil olmaqla iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.

Oxu.Az yahoo.com-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 20-dən çox giliz tapıblar.

Həlak olanlar 10 yaşlı oğlan uşağı və 21 yaşlı qızdır. Yaralananların vəziyyəti stabil qiymətləndirilir və həyatları üçün təhlükə yoxdur.

Polis hadisə ilə bağlı istintaq aparır, hələlik şübhəlinin saxlanması barədə məlumat daxil olmayıb.


Telegram kanalımız
Seçilən
62
35
yenisabah.az

10Mənbələr