AZ

İlham Əliyevin mesajları Azərbaycan–Özbəkistan qardaşlığının real gücünü göstərir – Tənzilə Rüstəmxanlı yazır

Prezident İlham Əliyevin dost qardaş ölkə olan Özbəkistana səfəri ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş və məzmunlu müsahibə bir daha sübut edir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə dövlətlərarası deyil, eyni zamanda xalqlarımızın ortaq mənəvi, tarixi və mədəni irsinə söykənən sarsılmaz qardaşlıq telləri ilə bağlıdır.
media-d4fba850_6132_4cb3_b6f4_35a74d979e54_1761911289

Dövlət başçımızın fikirləri açıq şəkildə göstərir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri zamanın sınağından uğurla çıxmış, dərin köklərə malik və ardıcıl surətdə inkişaf edən möhkəm bir bazaya əsaslanır. Bu əlaqələrdə Prezident İlham Əliyev ilə Şavkat Mirziyoyev arasındakı etimad və dostluq münasibətlər başlıca rol oynayır ki, məhz bu səbəbdən müsahibədə şəxsi diplomatiya anlayışı xüsusi olaraq vurğulanıb.

İki qardaş ölkə rəhbəri arasında rəsmi görüşlər sıradan protokol qaydası olmamış, dövlətlərarası əlaqələrin canlı və dinamizmini təmin edən əsas təkanverici hadisə kimi formalaşmışdır.

Bugünkü dünya siyasi düzənində nadir rast gəlinən bu səmimi münasibət və strateji tarazlıq həm iqtisadi, həm də nəqliyyat sahələrində regional inteqrasiyanın mərkəzi və dayanıqlı gücü kimi önə çıxıb.

Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərmir, eyni zamanda Türk dövlətləri arasında yaranan etimad, həmrəylik və ortaq gələcək vizionunun canlı təzahürünə çevrilir.

Prezidentin qardaş Özbəkistana ünvanladığı səmimi mesajlar, regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı açıqlamaları bir daha təsdiqləyir ki, Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin etibarlı dayağı kimi çıxış edir.

Onu da qeyd edək ki, Azərbaycan prezidenti müsahibədə yalnız iki ölkə arasındakı münasibətlərin üzərində qalmaqla kifayətlənməmiş, eyni zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü ilə bağlı kifayət qədər geniş siyasi mesajlar verdi.

Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edən dövlət başçısı ölkəmizin əməkdaşlıq, dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsi prinsipinə sadiqliyini ortaya qoydu.

Bu mövqe həm Azərbaycan liderliyinin regional, beynəlxalq səviyyədə nüfuzunun, həm də ölkəmizin Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynaması, strateji təşəbbüslərininin uğurundan irəli gəlir.

Bu fəaliyyət Azərbaycanın regional nüfuzunu möhkəmləndirir, diplomatik təşəbbüslər isə həm siyasi, həm də iqtisadi sahələrdə ölkəmizin mövqeyini gücləndirir, atılan addımlar isə regional sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verir.

Ümumilikdə, Azərbaycan lideri İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirir, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın siyasi baxışın ifadəsidir.

Seçilən
8
2
moderator.az

3Mənbələr