Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub.
Publika.az xəbər verir ki, müvafiq qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.
Qərarda deyilir: “Azərbaycan tərəfinin müraciətini nəzərdən keçirərək qərara alınıb ki, Azərbaycan Respublikası tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilsin”.
Mərkəzi Asiya dövlətləri xarici işlər nazirlərinin müşavirəsinə tənzimləyici sənədlərin uyğunlaşdırılması tapşırılıb.