AZ

Azərbaycanlı basketbolçu klubuna sponsor axtarır

"Quba" basketbol komandasının kapitanı Zaur Paşayev klubu üçün sponsor axtarır.

Fanat.Az xəbər verir ki, 42 yaşlı təcrübəli oyunçu bu barədə fikurlərini bölgə təmsilçisinin mətbuat xidmətinə bölüşüb:

“Azərbaycan Basketbol Liqası yüksək səviyyədədir. Belə çempionat demək olar ki, ölkə tarixində olmayıb. ABL-i 10, 2-ci liqanı 6 komanda etsələr, lap yaxşı olar. Çünki daha maraqlı alınacaq. Bir az da, sponsorlar axtarırıq. Özüm də sponsor axtarıram ki, komandaya dəstək olsun. Azərbaycan Basketbol Federasiyası da əlindən gələni edir. “Quba” federasiya tərəfindən maliyyələşir. Sponsor da tapsaq, lap əla olar. Bütün komandalar B qrupunda lider olmaq istəyir, biz də həmçinin”.

Seçilən
69
5
fanat.az

6Mənbələr