AZ

Trampdan NBC telekanalına təzyiq: Aparıcını işdən çıxarın

ABŞ Prezidenti Donald Tramp NBC telekanalını aparıcısı Set Mayersı işdən çıxarmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.

"NBC-dən Set Mayers sağalmaz Tramp dəliliyi sindromundan əziyyət çəkir. Dünən gecə onu nəzarətsiz qəzəb içində görüblər, yəqin ki, bunun səbəbi onun "şou"sunun reytinqlərə görə fəlakət olmasıdır", - deyə Tramp yazıb.

Qeyd edək ki, son efirlərin birində Mayers Cefri Epşteynin elektron məktublarının dərc edilməsinə prezidentin "dəli kimi" reaksiyasını lağa qoymuşdu.

Mayers 2014-cü ildən bəri satirik gecə şousu olan "Late Night with Seth Meyers" proqramına aparıcılıq edir. 13 noyabr tarixli efirdə o, Epşteyn işi ilə bağlı yeni detallar barədə danışaraq belə deyib:

"Mən detektiv deyiləm, amma suallardan biri belə səslənirdi: "Tramp qızlar barədə bilirdimi?" Və sonra Epşteyndən bir elektron poçt tapırsınız ki, orada deyilir: "Tramp qızlar barədə bilirdi". Bu, olduqca ifşaedici səslənir".

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr