AZ

Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşünün yekununda bir sıra sənədlər imzalanıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündən sonra prezidentlər regional əməkdaşlığın gücləndirilməsinə və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bir sıra əsas sənədlər imzalayıblar.

TurkicWorld-un Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, imzalanan sənədlər arasında Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı, BMT-nin üzv dövlətlərinə 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün Qırğızıstan Respublikasının namizədliyini dəstəkləmək üçün müraciət və Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi iştirakı ilə bağlı qərar yer alıb.

Birgə bəyanatda həmçinin Mərkəzi Asiyada Regional Təhlükəsizlik, Sabitlik və Davamlı İnkişaf Konsepsiyası, eləcə də 2026-2028-ci illər üçün Regional Təhlükəsizlik Riskləri və Onların Qarşısının Alınması Tədbirləri Kataloqu təsdiqlənib.

Seçilən
23
5
turkic.world

6Mənbələr