Zəngəzur dəhlizi bu gün qəbul edilmiş “Azərbaycan + Mərkəzi Asiya” platforması çərçivəsində iqtisadi, ticarət və nəqliyyat-logistika sahələrində geniş perspektivlər və imkanlar açır.
Paralel.az xəbər verir ki bunu Daşkənddə jurnalistlərə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO
Hacıyev, həmçinin Özbəkistana Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi dəstək göstərmək qərarına görə dərin minnətdarlığını ifadə edib.
“Özbəkistanı Azərbaycanda çox sevirlər. Biz ortaq mədəniyyətimiz və dəyərlərimizlə fəxr edirik. Əminik ki, Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlıq yalnız daha da möhkəmlənəcək. Ölkələrimizin liderləri bu məsələdə bizim üçün əla nümunədir”, – deyə o vurğulayıb.