Didye Deşamın Ukrayna ilə oyunla müqayisədə Bakıda start heyətini tam dəyişəcəyi gözlənilir. Artıq DÇ-nin final mərhələsinə vəsiqə qazanan Fransa yığmasının baş məşqçisi dünənki mətbuat konfransında da bu niyyətini gizlətmədi, Lüka Şevalyenin karyerasında ilk dəfə yığmanın qapısını qoruyacağını təsdiqlədi. 2012-ci ildən bəri “üçrənglilər”i çalışdıran Deşam bu müddətdə ilk dəfə komandasının start heyətini tam dəyişmək niyyətindədi. O, dünən həm də Bakıya 22 sağlam oyunçu gətirdini dedi. Fransa mənbələrinin xəbərlərinə əsaslanmaqla bu ölkənin yığmasının meydana məhz bu start heyəti ilə çıxacağını iddia edə bilərik: Şevalye – Hüsto, Konate (kapitan), L.Ernandes, T.Arnandes – Akliuş, Zair-Emeri, K.Türam, Nkunku – Mateta, Ekitike.
Xatırladaq ki, bu futbolçulardan yalnız Kante Ukrayna ilə oyunda da start heyətində yer almışdı.
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta