AZ

Ukrayna Rusiyaya PUA-larla hücum etdi

Ukrayna Rusiyanın Volqoqrad vilayətinə PUA-larla hücum edib.

 

Modern.az xəbər verir ki, ötən gecə Volqoqradın Dzerjinski və Traktorozavodski rayonlarında dörd yaşayış binası Ukraynanın PUA hücumları nəticəsində zərər görüb.

 

Vilayət administrasiyanın mətbuat xidməti üç nəfərin yaralandığını bildirib.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ərzində Volqoqrad vilayəti üzərində 17 Ukrayna PUA-sı vurulub. MN Samara, Saratov, Rostov, Kursk, Voronej və Bryansk vilayətləri üzərində ümumilikdə 57 dronun məhv edildiyini açıqlayıb.

Seçilən
15
5
modern.az

6Mənbələr