AZ

Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Hafta.az-a verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin vatsap ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksəkməvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən olunub.

 
Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.
 

Seçilən
35
42
hafta.az

10Mənbələr