AZ

“Bild”: Ukrayna strateji məğlubiyyət riski ilə üz-üzədir

BAKI, 16 noyabr. TELEQRAF

Ukrayna Rusiya ilə müharibədə strateji məğlubiyyət riski ilə üz-üzədir.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” analitiki Yulian Röpke "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, oktyabr ayında Ukraynanın nəzarətində olan ərazilər 586 kvadrat kilometr azalıb və noyabrda da itkilərin artacağı ehtimal olunur. Analitik hesab edir ki, bu dinamika davam edərsə, “aylıq Berlin ölçüsündə ərazi itkisi real ola bilər”.

Röpke Qərbin Ukraynaya göstərdiyi hərbi dəstəyi də qeyri-effektiv adlandırıb. O qeyd edib ki, Rusiyanın dron və optik sistemlərdə üstünlüyü fonunda zirehli texnika tədarükləri müharibənin gedişinə ciddi təsir göstərmir.

Analitik, həmçinin Ukraynada səfərbərlik və şəxsi heyət çatışmazlığı ilə bağlı problemlərin qaldığını bildirib. Onun fikrincə, bəzi bölmələrin yalnız “kağız üzərində mövcud olması” cəbhədə boşluqlar yaradaraq Rusiyanın irəliləməsinə imkan verir.

Röpke xəbərdarlıq edib ki, nə Kiyev, nə də Qərb tərəfdaşları “təcili strateji dönüş” etməsə, Rusiya müharibədə üstünlüyü tədricən gücləndirəcək.

Seçilən
31
teleqraf.com

1Mənbələr