AZ

Yunanıstan yanvarda Ukraynaya qaz tədarükünə başlayacaq Zelenski

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ukrayna Yunanıstanla qaz tədarükü ilə bağlı razılıq əldə edib və qaz öürülməsi yanvar ayında başlayacaq.

Bizimyol.info xəbər verir ki, Prezident Vladimir Zelenski bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə jurnalistlərlə birgə görüşündə bildirib.

"Bu gün bizim son dərəcə vacib bir razılaşmamız oldu - Ukraynaya qaz tədarükü ilə bağlı razılaşma. Əslində, indi hər gecə ruslar infrastrukturumuza zərbələr endirir. Əsasən enerji infrastrukturumuza. Ukraynanın elektrik stansiyalarının əksəriyyəti, qaz istehsalı müəssisələrimiz və istilik elektrik stansiyalarımız sadəcə raketlərin hədəfinə çevrilib", - deyə prezident bildirib.

Onun sözlərinə görə, zərbələrin vurduğu ziyanın bərpası üçün vaxt tələb olunacaq. "Ruslar hər dəfə dağıtdıqda biz yenidən qururuq, amma bu, həqiqətən də vaxt, çoxlu səy və avadanlıq tələb edir. Qaza gəldikdə isə, bu, ruslar tərəfindən öz istehsalımızın məhv edilməsini kompensasiya etmək üçün qaz idxalını tələb edir", - deyə dövlət başçısı qeyd edib.

O, vurğulayıb ki, Yunanıstanla mövcud müqavilə Ukraynanı qazla təmin etmək üçün bu qış üçün hazırlanmış böyük enerji paketinin vacib bir hissəsidir.

"Qaz tədarükü yanvar ayından etibarən başlayacaq. İlkin razılaşmalarımızın birinci rübdə həyata keçirilməsi vacibdir. Təcili qaz tədarükü ilə bağlı razılaşmadan əlavə, uzunmüddətli razılaşmalar da mövcuddur. Bu gün Baş nazirlə müzakirə etdik. Enerji şirkətimizin rəhbərləri bununla bağlı razılığa gəldilər", - deyə prezident bildirib.

Zelenski əvvəllər Ukraynanın istilik mövsümü üçün başqa bir qaz tədarükü marşrutu barədə razılığa gəldiyini qeyd edib. "Biz qaz idxalında təxminən 2 milyard avroluq ehtiyacı ödəyəcəyik", - deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hökuməti idxalı maliyyələşdirmək üçün vəsait ayırıb.

Eyni zamanda, Avropa bankları da daxil olmaqla, Avropa tərəfdaşları Avropa Komissiyasının zəmanətləri altında kömək edirlər. Amerika tərəfdaşları ilə aktiv iş davam edir və tam maliyyələşdirmə təmin ediləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr