AZ

Venesuelanın təhdid olunmasına imkan verməyəcəyik Maduro

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ ordusu tərəfindən Venesuelanın yaxınlığında təşkil edilən təlimlər məsuliyyətsiz bir addımdır.

Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib.

Maduronun sözlərinə görə, ABŞ ilə Trinidad və Tobaqonun bu cür hərəkətləri Venesuelanın təhdid kimi görünməsi üçün nəzərdə tutulub.

"Özümüzün təhdid olunmasına imkan verməyəcəyik", - deyə Venesuela prezidenti bildirib.

Qeyd edək ki, Trinidad və Tobaqoda keçiriləcək təlimlər 16 noyabrda başlayacaq və 21 noyabra qədər davam edəcək. Təlimlər Vaşinqtonun Karakasa qarşı təhdidləri fonunda keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
axar.az

1Mənbələr